Bir həftə əvvəl Sumqayıtda meyiti tapılan qadının öldürüldüyü məlum olub
![](https://interval.az/wp-content/uploads/2019/12/meyid_morq_0124-800x475.jpg)
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Martın 6-da Sumqayıt şəhəri 4-cü mikroayonda yerləşən mənzildə meyiti tapılan 1997-ci il təvəllüdlü Əliyeva Günay Rza qızının öldürüldüyü məlum olub.
İnterval.Az APA-ya istinadən bildirir ki, ilkin araşdırmalar zamanı G.Əliyevanın boğularaq öldürüldüyü təsdiqlənib. Qətli törədən şəxs tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş açılıb.
Hadisənin digər təfərrüatları araşdırılır.
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Bir həftə əvvəl Sumqayıtda meyiti tapılan qadının öldürüldüyü məlum olub üçün şərhlər bağlıdır
Bütün xəbərlər
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)