Bu ölkə də ABŞ ordusunu ərazisindən çıxarır
![](https://interval.az/wp-content/uploads/2020/02/824990_000-800x475.jpg)
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Filippin Xarici İşlər Nazirliyi ABŞ-ı xarici hərbi qüvvələr barədə müqaviləyə xitam verilməsi barədə məlumatlandırıb.
İnterval.Az axar.az-a istinadən xəbər verir ki, bunu Filippin Xarici İşlər nazirinin müavini Dodo Dulay öz Tvitter səhifəsində paylaşıb. O, müqavilənin dayandırılması barədə məlumatın ABŞ-ın Filippindəki səfirliyinə veriləcəyini vurğulayıb.
“Manila Bulletin” qəzeti razılaşmanın tam olaraq 180 gün sonra bitəcəyini yazıb.
Qeyd edək ki, xarici hərbi qüvvələrin statusu haqqında müqavilə 1998-ci ildə imzalanıb. Bu müqavilə ABŞ hərbçilərinin Filippində yerləşmə qaydasını, eləcə də ölkədə birgə təlimlərin keçirilməsinin hüquqi əsasını müəyyən edir.
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Bu ölkə də ABŞ ordusunu ərazisindən çıxarır üçün şərhlər bağlıdır
Bütün xəbərlər
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)