Bu universitetin yataqxanasında yaşayan tələbələr kirayə ödənişindən azad olunublar
Koronavirus pandemiyası ilə əlaqədar olaraq mart ayından etibarən ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində dərslər təxirə salınıb, tələbələrin əksəriyyəti yaşadıqları rayonlara qayıdıb.
İnterval.Az xəbər verir ki, Azərbaycan Dillər Universitetindən Milli.Az-a verilən məlumata görə, bununla əlaqədar olaraq universitetin rektoru, akademik, xalq yazıçısı Kamal Abdullanın qərarına əsasən ADU-nun 2 saylı qızlar yataqxanasında yaşayan tələbələr pandemiya ilə əlaqədar olaraq mart, aprel və may ayları üçün kirayə ödənişlərindən azad olunublar.
Bu universitetin yataqxanasında yaşayan tələbələr kirayə ödənişindən azad olunublar üçün şərhlər bağlıdır