Canəli Əkbərov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi – SƏRƏNCAM

Prezident İlham Əliyev C.X.Əkbərovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

İnterval.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Canəli Xanəli oğlu Əkbərov 1 ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin”.


Bütün xəbərlər