Ceyhun Bayramov Türkiyəyə getdi


20 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfərə yola düşüb.
XİN-dən İnterval.Az-a verilən xəbərə görə, səfər çərçivəsində xarici işlər nazirinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci iclasında, habelə dəyirmi masalarda və İƏT əlaqə qruplarının iclaslarında iştirakı nəzərdə tutulub.
Nazir Ceyhun Bayramovun həmçinin yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılıb.
Ayan Yunisova
İnterval.Az

Ceyhun Bayramov Türkiyəyə getdi üçün şərhlər bağlıdır
Bütün xəbərlər
