Çin aviaşirkəti Bakıya uçuşları dayandırdı


Çinin “China Southern Airlines” aviaşirkəti Quançjou-Bakı-Quançjou marşrutu ilə birbaşa uçuşları dayandırıb.
İnterval.Az bildirir ki, bu barədə Trend-ə “China Southern Airlines”ın Bakı nümayəndəliyindən bildiriblər.
Qeyd olunub ki, Quançjou-Bakı aviareysi martın 29-dək dayandırılıb:
“Səbəblər hələlik məlum deyil. Bizə bu barədə Çində “China Southern Airlines”dən bildiriblər”.

Çin aviaşirkəti Bakıya uçuşları dayandırdı üçün şərhlər bağlıdır
Bütün xəbərlər
