DİN yanında İctimai Şuranın üzvləri Sumqayıt şəhərində şəhid ailələrini ziyarət edib
İnterval.Az bildirir ki, Daxili İşlər Nazirliyi yanında İctimai Şura üzvləri 8 Noyabr – Zəfər Günü münasibəti ilə bağlı Azərbaycanın ərazi bütövlüyü və təhlükəsizliyinin qorunması zamanı şəhid olan polislərin ailələrini ziyarət ediblər.
DİN yanında İctimai Şuranın üzvləri Rauf Zeyni, Araz Nurməmmədov və Məhsəti Hüseynova Sumqayıtda baş çavuş Vüsal Şakir oğlu Allahyarov və gizir Mais Şadıbəy oğlu Səmədovun ailə üzvləri ilə görüşüblər.
İctimai Şuranın üzvləri Vətən müharibəsində əsgər və zabitlərimizlə yanaşı polislərimizin də göstərdiyi qəhrəmanlıq və şücaətlərindən danışıb. Bununla yanaşı bildirilib ki, şəhid ailələri daim dövlətin diqqətindədir. Xalqımız onların qəhrəmanlığını unutmur. Bizlər də özümüzə borc bilirik ki, sizlərlə görüşək, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ailə üzvlərinə mənəvi diqqət göstərməklə, onların ruhunu şad edək.
Daha sonra Vətən Müharibəsində qəhrəmanlıq göstərən bas çavuş Vüsal Şakir oğlu Allahyarov və gizir Mais Şadıbəy oğlu Səmədovun keçdiyi döyüş yolu, göstərdikləri igidliklər bir daha xatırlanıb. Hər iki polis şəhidimizin ruhuna dualar oxunub.
İctimai Şura üzvləri eyni zamanda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmanlıqla həlak olan şəhidlərimizin ailə üzvlərinin problemləri ilə maraqlanıblar.
Səhidlərimizin ailə üzvüləri Prezident İlham Əliyevin tapşırığına əsasən Daxili İşlər Nazirlyinin müvafiq qurumlarının daim onları diqqətdə saxladığını bildiriblər.
Xatırladaq ki, bas çavuş Vüsal Şakir oğlu Allahyarov 09 noyabr 2020-ci ildə Şuşa, gizir Mais Şadıbəy oğlu Səmədov isə 05 oktyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olublar.
Şəhid ailələrini ziyarətdə İctimai Şura üzvləri ilə birlikdə Daxili İşlər Nazirliyinin məsul əməkdaşları, polis Sumqayıt ŞPİ-in şəxsi heyətlə iş üzrə böyük köməkçisi Həsənov Eldəniz Həsən oğlu və şəxsi heyətlə iş üzrə köməkçi Hətəmli Asəf İntiqam oğlu da iştirak edib.
Aysu Hüseynova
İnterval.Az
Məqaləyə dair fotomateriallar:
DİN yanında İctimai Şuranın üzvləri Sumqayıt şəhərində şəhid ailələrini ziyarət edib üçün şərhlər bağlıdır