Dövlət borcuna xidmətlə əlaqədar ötən il büdcədən 2 mlrd. manata yaxın yönəldilib

2020-ci ildə Azərbaycanda dövlət borcuna xidmətlə əlaqədar xərclərə dövlət büdcəsində nəzərdə tutulmuş 1 726,2 mln. manat vəsait yönəldilərək istifadə olunub.

2020-ci ilin dövlət büdcəsindən 8 326,1 mln. manatı və ya 31,5% əsaslı xərclərə (2019-cu illə müqayisədə 1046,1 mln. manat və ya 11,2% az), 1 726,2 mln. manatı və ya 6,5% dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2019-cu illə müqayisədə 201,4 mln. manat və ya 13,2% çox) yönəldilib.

2020-ci ildə 2019-cu illə müqayisədə səhiyyə xərclərinə 1,9 dəfə və ya 814,0 mln. manat, sosial müdafiə və sosial təminat xərclərinə 36,2% və ya 828,1 mln. manat, müdafiə və milli təhlükəsizlik xərclərinə (cari xərclər, dövlət investisiya qoyuluşu və ehtiyat fondlarından ayrılan vəsaitlərin cəmi) 36,1%-i və ya 1 072,6 mln. manat, təhsil xərclərinə 26,4% və ya 579,9 mln. manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üzrə xərclərə 21% və ya 317,1 mln. manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 7,3% və ya 23,2 mln. manat, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi xərclərinə 2,1% və ya 22,7 mln. manat çox vəsait yönəldilib.

Dövlət büdcəsi xərclərinin 36,5%-i və ya 9 652 mln. manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da 2019-cu illə müqayisədə 18 90,7 mln. manat və ya 24,4% çoxdur.

Bundan əlavə, ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə 2020-ci ilin dövlət büdcəsində təsdiq edilmiş 3 787,5 mln. manat müdafiə xərclərinə qarşı (cari xərclər, investisiya qoyuluşu və ehtiyat fondlarından ayrılan vəsaitlərin cəmi) 4 426,8 mln manat vəsait ayrılıb ki, bu da 2019-cu illə müqayisədə 1 072,6 mln. manat və ya 36,1% çoxdur.


Bütün xəbərlər