Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib – FOTO

22 fevral 2020-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Yevlax, Şəmkir və Zaqatala şəhərlərində yerləşən hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Bu barədə İnterval.Az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Dövlət himninin səslənməsi ilə başlayan mərasimlərdə gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi gеnеral-polkovnik Еlçin Quliyеvin təbriki çatdırılıb.

Mərasimdə Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorun¬ması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı isti¬qamə¬tindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləş¬dirdiyi milli sərhəd strate¬giyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd müha¬fi¬zəsinin ən müasir tələblər səviyyəsinə qaldırıl¬ması qeyd edilib.

Çıxış еdənlər Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhəd¬lərimizi şərəflə qorumaq məsuliy¬yətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaq¬larına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminliklərini bildirərək onlara müvəffəqiyyətlər arzulayıblar.

Tədbirlərdə Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin ölkəmizin ərazi bütöv¬lü¬yü¬nün bərpası, işğal altında olan torpaqlarımızda Azərbaycanın suveren hü¬quqlarının təmin edilməsi və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsinin Azərbaycanın dövlət bayrağı altında təşkil ediləcəyinə əminlik ifadə edilib.

Validеynlər yaradılmış şəraitə görə ölkə rəhbərli¬yinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik еdərək vətən sərhədlərinin kеşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.

Tədbir gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.


Bütün xəbərlər