Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı
![](https://interval.az/wp-content/uploads/2023/08/dsx_sayt_fae8c045028d3fcbc416e2d3275383e4-1-845x475.jpg)
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
İnterval.Az bildirir ki, Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Sentyabrın 12-də saat 16:45-də “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Sudan Respublikası vətəndaşları 1998-ci il təvəllüdlü Hassan Abdelgadir Noreen və 1990-cı il təvəllüdlü Ahmed Mahmoud Mohamed Abdelrahman saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin 09.09.2023-cü il tarixdə ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstana, oradan isə Avropa ölkələrinə miqrasiya etmək niyyətində olmaları müəyyən edilib.
Sentyabrın 12-də saat 20:00-da “Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Xanoba kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Gəncə şəhər sakini 1963-cü il təvəllüdlü Babayev Ramiz Ələddin oğlu saxlanılıb.
Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Zamiq Yunisov
İnterval.Az
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi
![](https://dsx.gov.az/uploads/gallery/1_1111e5df37352e814935167960601b48.jpg)
![](https://dsx.gov.az/uploads/gallery/2_4a0b00350efd7426104c09acd5442265.jpg)
![](https://dsx.gov.az/uploads/gallery/3_bf24776615cd18d87625c13000da7d05.jpeg)

Bütün xəbərlər
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)