DSX-nin hərbçiləri Cəbrayılda qəzaya düşdü, ölən və yaralanan var
![](https://interval.az/wp-content/uploads/2020/02/dovlet-serhedi-845x475.jpg)
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndində Dövlət Sərhəd Xidmətinə (DSX) xidmətə məxsus “UAZ” markalı avtomobil hərəkətdə olarkən “Shagman” markalı yük avtomobili “UAZ”ın hərəkət zolağına çıxıb və qəza baş verib.
DSX-nin Mətbuat Mərkəzindən Interval.Az-a verilən məlumata görə, qəza nəticəsində bir neçə hərbçi xəsarət alıb.
DSX-nin hərbi qulluqçusu, baş çavuş Elmir Abbasov xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.
Digər yaralıların müayinə və müalicəsi davam etdirilir.
Zamiq Yunisov
Interval.Az
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
DSX-nin hərbçiləri Cəbrayılda qəzaya düşdü, ölən və yaralanan var üçün şərhlər bağlıdır
Bütün xəbərlər
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)