Dünya çempionumuz Rusiyada qəzada öldü – FOTO
![](https://interval.az/wp-content/uploads/2020/01/821443-800x475.jpg)
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü Sultan Nəsrullayev Rusiyada ağır yol-nəqliyyat hadisəsində ölüb.
İnterval.Az-ın məlumatına görə, Milli.Az bakupost-a istinadən xəbər verir ki, bununla bağlı əslən dağıstanlı olan idmançının yaxınları məlumat verib.
Qəza yanvarın 25-də Moskva-Həştərxan magistralının 607-ci kilometrliyində Voronej vilayətinin Qribanovskiy rayonunda olub.
Hadisə zamanı S.Nəsrullayevdən başqa üç nəfər də həyatını itirib.
Qeyd edək ki, 54 kq çəki dərəcəsində çıxış edən S.Nəsrullayev 2011-ci il avqustun 25-də Macarıstanın Szombatxel şəhərində yeniyetmə güləşçilərin dünya çempionatında qızıl medal qazanıb.
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Dünya çempionumuz Rusiyada qəzada öldü – FOTO üçün şərhlər bağlıdır
Bütün xəbərlər
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)