Dünyanın ən vətənpərvər ölkələri – Azərbaycanın siyahıdakı yeri


ABŞ-ın “Gallup” Analitik Mərkəzi vətənpərvərliklə bağlı ayrı-ayrı ölkələrdə apardığı sorğuların nəticələrini açıqlayıb.
İnterval.Az teleqraf.com-a istinadla xəbər verir ki, analitik mərkəz sorğu iştirakçılarına “Ölkəniz üçün döyüşərdinizmi” sualını ünvanlayıb.
Sorğunun nəticəsinə görə, dünyanın ən vətənpərvər ölkəsi Mərakeşdir, ikinci Fici, üçüncü Pakistandır.
Azərbaycan siyahıda altıncıdır.
ABŞ mərkəzinə görə dünyanın ən vətənpərvər ölkələrinin siyahısı aşağıdakı kimidir:
1. Mərakeş
2. Fici
3. Pakistan
4. Vyetnam
5. Banqladeş
6. Azərbaycan
7. Papua Yeni Qvineya
8. Əfqanıstan
9. Gürcüstan
10. Hindistan
11. Finlandiya
12. Türkiyə
Zamiq Yunisov
İnterval.Az

Dünyanın ən vətənpərvər ölkələri – Azərbaycanın siyahıdakı yeri üçün şərhlər bağlıdır
Bütün xəbərlər
