Elman Rüstəmov manatdan DANIŞDI: Panika aradan qalxıb

Ölkəmizdə makroiqtisadi sabitlik qorunmaqdadır.

İnterval.Az-ın məlumatına əsasən, Milli.Az modern.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov mətbuat konfransında bildirib.

E.Rüstəmov qeyd edib ki, inflyasiya 103 faiz civarındadır:

“Valyuta bazarında vəziyyət stabilləşib. Dollar satışı 56 milyon olub. Manatın məzənnəsi sabitdir. Manatın məzənnəsilə bağlı ajiotaj dövründə meydana çıxan panika aradan qalxıb”.

E.Rüstəmovun sözlərinə görə, bu ilin yanvar-aprel aylarında da Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 3% təşkil edib.

“Bu isə bizim müəyyən etdiyimiz hədəfdən aşağıdır və ilin sonuna qədər də bu cür qalacağını gözləyirik”.

O deyib ki, rəhbərlik etdiyi qurum iqtisadiyyatın müxtəlif sahələrinə dəstək istiqamətində balanslı mövqe tutmağa çalışır: “Son 1 ildə Azərbaycanda kredit portfeli 1,9% artıb. Biznes kreditləri üzrə 4,1% artım, istehlak kreditləri üzrə bu qədər azalma, o cümlədən ipoteka kreditləri isə 5,2% artım müşahidə edilib”.


Bütün xəbərlər