Ermənistanda son sutkada 180 nəfər koronavirusa yoluxdu

Ermənistanda koronavirusa yoluxanların sayı 3 718 nəfərə çatıb.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 180 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 1 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 48 nəfər koronavirusun qurbanı olub, 2 042 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.


Bütün xəbərlər