“Ermənistanın baş naziri Nikol Paşinyan əsl faşizm nümunəsi göstərir”

Ermənilər Azərbaycan torpaqlarına köçürüləndən bəri faşizm ideologiyası daima onların silahı olub.

İnterval.Az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

O, bu gün Ermənistanın baş naziri statusunda olan Nikol Paşinyanın hələ də Azərbaycan torpaqlarını işğal altında saxlamaqla əsl faşizm nümunəsi göstərdiyi qeyd edib:

“O zamanlar sadəcə faşizm termini yox idi. Ancaq ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlər ən qatı faşistlərin belə cinayət əməllərindən daha qəddar olub. Ona görə də Nikol Paşinyanın babasının faşizmə xidmət etməsi o qədər də təəccüblü deyil. Elə bu gün Ermənistanın baş naziri statusunda olan Nikol Paşinyan hələ də Azərbaycan torpaqlarını işğal altında saxlamaqla əsl faşizm nümunəsi göstərir. İşğalçı Ermənistanın siyasi rəhbərliyi Qaragin Nijde kimi faşistə heykəl qoymaqla bu gün də öz faşist xilqətlərinə sadiq qaldıqlarını nümayiş etdirir. Bunu bütün dünya ictimaiyyəti görür ancaq təssüf ki, münasibət hələ də adekvat deyil. Paşinyan bir tərəfdən özünü demokrat kimi təqdim etməyə çalışır digər tərəfdən işğaıçılıq siyasətini davam etdirir, danışıqlar prosesinə süni maneələr yaratmağa çalışır.

Bəzi ekspertlər Paşinyanın faşizmə xidmət edən babası haqqında informasiyanın Ermənistan media məkanında informasiya dövriyyəsinə gətirilməsini də təsadüfi hesab etmirlər. N.Paşinyan bunu qəsdən etməklə, əslində, erməni cəmiyyətində çoxluq təşkil edən faşizm pərəstişkarlarına gizli mesaj verərək onlarla birlikdə olduğunu örtülü şəkildə ifadə edir. Ancaq necə olursa olsun sonunda bu cılız küçə demokratı ifşa olunacaq. Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək”.


Bütün xəbərlər