Ermənistan Laçını yenidən atəşə tutdu


Laçın istiqamətində yanvarın 6-sı saat 14:10 radələrində Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub.
İnterval.Az bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan yenidən atəşə tutub.
Zamiq Yunisov
İnterval.Az

Ermənistan Laçını yenidən atəşə tutdu üçün şərhlər bağlıdır
Bütün xəbərlər
