“Eurohome”da kimlər kompensasiya alacaq? – Baş bankir açıqladı

Sığorta bazarı ilə bağlı bizim tədbirlər planımız var. Bu sahənin genişləndirilməsi, həm əhalini, həm də biznesi əhatə etməsi nəzərdə tutulub.

İnterval.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankın sədri Elman Rüstəmov “EuroHome” ticarət mərkəzindəki yanğınla bağlı sualı cavablandırarkən bildirib.

E.Rüstəmov qeyd edib ki, Azərbaycanda obyekt və mallarını sığortalaya bilməyən sahibkarlar tam qanuni işləmir:

“Bu günlərdə “Eurohome” ticarət mərkəzində baş vermiş hadisə ilə bağlı, hələ ki, konkret bir söz deyə bilmərən, amma bu məsələ ilə bağlı araşdırma aparacağıq. Kimin sığortası varsa, kompensasiya alacaq”.

Tədbirdə çıxış edən Mərkəzi Bankın baş direktoru Ziya Əliyev də sığorta məsələsindən danışıb. O qeyd edib ki, əmlakın sığortalanması ilə bağlı iki əsas məsələ var: “Onlardan biri əmlakın qeydiyyatı, ikincisi isə əmlakın təhlükəsizlik tələblərinə cavab verməsidir. Mal qalıqları üçün də sığortanın tətbiqinin mümkün olmaması kölgə iqtisadiyyatı ilə bağlıdır. Sığorta şirkətləri ticarət mərkəzlərində qalıq malın dəyərini hesablaya bilmədiyi üçün onu sığortalamır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Bütün xəbərlər