Formula 1 mövsümü Bakıda başlaya bilər
![](https://interval.az/wp-content/uploads/2020/03/formula-1-every-845x475.jpg)
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
2020-ci il Formula 1 mövsümü Bakıda başlaya bilər.
İnterval.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə “Red Bull” komandasının idman məsləhətçisi Helmut Marko fikir bildirib.
Qeyd edək ki, bu həftə keçirilməsi nəzərdə tutulmuş Avstraliya Qran-prisi təxirə salınıb. Bundan əvvəl isə Çin Qran-prisi ləğv edilmişdi.
H.Marko bildirib ki, Monako Qran-prisinə qədər bütün mərhələlərin təxirə salınması gözlənilir.
Nəticədə Formula 1 mövsümünün iyunun 7-də Azərbaycan Qran-prisi ilə başlaması mümkündür.
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Bütün xəbərlər
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)