Fransada üçüncü karantin rejiminin tətbiqi istisna olunmur – Baş nazir
![](https://interval.az/wp-content/uploads/2021/02/fransa_bayragi.jpg)
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Fransa hökuməti koronavirus pandemiyası ilə bağlı ölkədəki sanitar vəziyyətin pisləşəcəyi təqdirdə üçüncü karantin rejiminin tətbiq olunmasını istisna etmir.
Bunu ölkənin baş naziri Jan Kasteks yerli mətbuata müsahibəsində deyib.
O bildirib ki, son günlərdə yoluxma tempi azalsa da epidemioloj vəziyyətin yaxşılaşması ilə bağlı əminlik yoxdur:
“Karantin rejimi son vasitə olsa da onun epidemiya ilə mübarizədə müsbət təsiri aşkardır”.
Qeyd edək ki, bu günədək Fransada 3,3 mlyona yaxın şəxs koronavirusa yoluxub, 78 603 nəfər vəfat edib.
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Fransada üçüncü karantin rejiminin tətbiqi istisna olunmur – Baş nazir üçün şərhlər bağlıdır
Bütün xəbərlər
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)