Füzulidə 3 mülki şəxs minaya düşüb, bir nəfər həlak olub


Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi ərazisində 3 nəfər mülki şəxs, kənar yoldan istifadə edərək işğaldan azad olunmuş əraziyə daxil olarkən minaya düşüb.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, minaya düşənlərdən 1-i yerində həlak olub, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Füzulidə 3 mülki şəxs minaya düşüb, bir nəfər həlak olub üçün şərhlər bağlıdır
Bütün xəbərlər
