Gələn il Azərbaycanın neft-qaz sektoru bərpasını davam etdirəcək – “Fitch Solutions”

2022-ci ildə Azərbaycanın neft-qaz sektoru tədricən bərpasını davam etdirəcək.

“Fitch Solutions” şirkətinin hesabatına istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, Azərbaycanın neft-qaz sektoru 2020-ci ilə COVID-19 pandemiyasının səbəb olduğu neft qiymətlərinin azalması ilə əlaqədar zərər çəkib:

“Ötən il neft qiymətləri orta hesabla 33 faiz azalıb və bu, Azərbaycanda sutkalıq hasilatın azalması ilə üst-üstə düşüb. Hasilatın azalması OPEC+ sazişinə uyğun olub. 2020-ci ilin sonunda hasilat məhdudiyyətlərinin tədricən yumşaldılması ilə Azərbaycanda hasilat artmağa başlayıb”.

Şirkət bildirir ki, 2020-ci ildəki 43 dollar/barellə müqayisədə 2021-ci ilin yekunlarına görə, neftin 70 dollar/barel, 2022-ci ildə isə 67 dollar/barel səviyyəsində gözlənilməsi nəzərə alınarsa, Azərbaycanın neft-qaz sektoru, böyk ehtimalla, 2022-ci ildə bərpa yolunu davam etdirəcək.


Bütün xəbərlər