Gələn ilin büdcəsində COVID-19-la mübarizəyə 600 milyon manat ayrılacaq
![](https://interval.az/wp-content/uploads/2020/09/b2fc4ae5-8c78-34ee-843c-0c1323960897_850-845x475.jpg)
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Azərbaycanın gələn ilki dövlət büdcəsində COVID-19 pandemiyası ilə mübarizə tədbirləri üçün 600 milyon manat ayrılacaq.
“İnterval.az” xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəriciləri layihəsində yer alıb.
Məlumata görə, 2021-ci ilin dövlət büdcəsini əsas səciyyələndirən xüsusiyyətlərindən biri sosialyönlü xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisinin 42 faiz təşkil etməsidir.
Həmçinin, COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin 2021-ci ildə də davam etdirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 600 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb.
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Gələn ilin büdcəsində COVID-19-la mübarizəyə 600 milyon manat ayrılacaq üçün şərhlər bağlıdır
Bütün xəbərlər
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)