Gömrük qaydaları sərtləşdirildi: Xaricdən məhsul sifarişi limiti endirildi

Nazirlər Kabineti 14 oktyabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib. Baş nazir Əli Əsədov-un imzaladığı qərar ilə birliktə gömrük qaydalarında ciddi dəyişikliklər edilib.

Fiziki şəxslər tərəfindən gətirilən malların rüsum limitləri endirilib.

Yeni qaydalara əsasən fiziki şəxslər xaricdən özləri ilə birliktə rüsum ödəmədən gətirə biləcəyi malların limiti 800 dollara endirilib. Bu limit əvvəl 1500 dollar idi. Yəni əvvəl vətəndaşlar xaricə gedərək özləri ilə birliktə 1500 dollara kimi məhsul gətirə bilirdilər və gömrükdə bu məhsula görə rüsum ödənilmirdi. Məhsulun dəyəri 1500 dolları keçdiyi zaman gətirən fiziki şəxs gömrüyə məhsula uyğun rüsum ödəməli idi. İndi isə bu limit 800 dollara endirilib. Beləki fiziki şəxs xaricdən özü ilə birliktə gətirdiyi məhsulun dəyəri 800 dolları keçməməlidir. Əks halda gömrük qaydalarına əsasən rüsum ödəniləcək.


Bütün xəbərlər