Gürcüstanda sutkalıq yoluxma sayı 23 mini ötdü


Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 23 664 yoluxma halı qeydə alınıb, 42 nəfər ölüb.
Interval.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 250 108, ölənlərin sayı isə 15 102 nəfərə çatıb.
Virusa yoluxanlardan 1 038 391 nəfərin sağaldığı bildirilib.
Interval.Az

Gürcüstanda sutkalıq yoluxma sayı 23 mini ötdü üçün şərhlər bağlıdır
Bütün xəbərlər
