Həkim Gita Məmmədova: 20 illik Peşəkar Fəaliyyət

İnterval.Az xəbər verir ki,    Tibb sahəsində peşəkar fəaliyyəti, fədakarlığı və vətənpərvərliyi ilə seçilən həkimlərdən biri də Məmmədova Gita Nadir qızıdır.

O, 2001-ci ildə Azərbaycan Tibb Universitetinə qəbul olmuş, 2008-ci ildə universitetin Cərrahiyyə fakültəsini uğurla bitirmişdir. 2009-cu ildən etibarən həkim kimi rəsmi fəaliyyətə başlayan Gita Məmmədova, hazırda 20 ilə yaxın təcrübəyə malik cərrah kimi tanınır. Onun peşə fəaliyyətində əsas məqsədi – pasiyentlərinə dəqiq, vicdanlı və məsuliyyətli tibbi xidmət göstərmək olmuşdur.

İki övlad anası olan Gita Məmmədova, peşəkarlığı ilə yanaşı, ailə dəyərlərinə sadiq, nümunəvi Azərbaycan qadını kimi də seçilir. Həm cəmiyyətdə, həm də tibbi mühitdə yüksək etimad qazanan Gita xanımın uzun illər ərzində qazandığı təcrübə və biliklər bir çox xəstələrin şəfa tapmasına səbəb olmuşdur.

Gita Məmmədovanın əsas arzusu – doğulub boya-başa çatdığı doğma yurdu Qubadlı rayonunda fəaliyyət göstərməkdir. O bildirir:

“Doğma torpağım Qubadlıda cərrah-həkim kimi xidmət göstərmək mənim illərdir içimdə daşıdığım bir mənəvi borcdur. Vətənə xidmətin ən gözəl yolu, onun insanlarına doğma yurdunda dəstək olmaqdır.”

Hazırda işğaldan azad olunmuş bölgələrimizdə tibbi infrastrukturun bərpa olunması fonunda, Gita Məmmədova kimi peşəkar və vətənpərvər həkimlərin bu torpaqlarda fəaliyyət göstərməsi həm səhiyyənin inkişafı, həm də milli ruhun yüksəlişi baxımından mühüm əhəmiyyət daşıyır.

İnterval.Az 
Ayla Qafqazlı

Bütün xəbərlər