Hərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan işçi qrupunun görüşü keçirilib – FOTO


Ravalpindi şəhərində Azərbaycan Müdafiə Nazirliyi ilə Pakistan Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupu səviyyəsində 9-cu görüş keçirilib.
İnterval.Az xəbər verir ki, Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov rəhbərlik edib.

Görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regional təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən 2020-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.
Görüşün yekununda protokol imzalanıb.


Hərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan işçi qrupunun görüşü keçirilib – FOTO üçün şərhlər bağlıdır
Bütün xəbərlər





















































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































