Hay-küy salmaqla bizi nəyəsə məcbur etmək olmaz – Məzahir Pənahov

Müəyyən qrup insanar var ki, sensasiya xarakterli məlumatlarla yaşayır və onu özü üçün həyat tərzi hesab edir.

İnterval.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib: “Bəzi insanlar düşünür ki, hay-küy samaqla bizi nəyəsə məcbur edə bilər: “Hər bir məsələ qanun çərçivəsində öz həllini tapacaq. Hay-küy salan insanlar vaxtlarını boş yerə sərf etməsinlər. Biz marağındayıq ki, çatışmazlıqlar olmasın. Əgər olarsa, biz onu edənləri cəzalanıdrırıq. Bütün bunlar qanunvericiliyə uyğun həyata keçiriləcək”.

M.Pənahov bildirib ki, MSK Milli Məclisə seçkilər zamanı sosial şəbəkələrə diqqət yetirəcək:” “Necə ki, bələdiyyə seçkilərində bunu etdik. Parlament seçkilərində sosial şəbəkələrə ondan da çox diqqət yetirəcəyik.


Bütün xəbərlər