Heydər Əliyev Fondunun dəstəyi ilə “Qar Polosu üzrə Dünya Kuboku”nda iştirak edən Azərbaycan komandası dünya ikincisi oldu – FOTO

İsveçrənin qarlı zirvələrində “Odlar Yurdu”nun hərarəti tamaşaçıları heyran etdi.

İsveçrənin Sankt-Moritz şəhərində “Qar polosu üzrə Dünya Kuboku” turniri başa çatıb.

Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə çempionatda iştirak edən “Land of Fire” komandası Avropa tamaşaçılarına Polonun vətəni Azərbaycanın atçılıq ənənələrini, Odlar Yurdunun füsünkar təbiətə, qədim mədəniyyətə malik olmaqla yanaşı güclü idmançılar diyarı olmasını nümayiş etdirib.

Bu barədə İnterval.Az-a ARAF-dan məlumat verilib.

ARAF-dan bildiriblər ki, bu ilin yanvarın 5-də Azərbaycan komandası “St. Moritz” komandası ilə qarşılaşıb. Çox gərgin şəraitdə keçən görüşdə təmsil¬çimiz böyük qələbə əzmi nümayiş etdirib və rəqib idmançılarımızın şiddətli müqa¬viməti ilə üzləşib. Qarşılaşmanın yekunu olaraq “Land of Fire” komandası finala vəsiqə qazanıb.
Günün ikinci oyununda “Mazerati” komandası “Badrutt’s Palace Hotel” komandasına qalib gəlib.

Turnir proqramına uyğun olaraq yanvarın 6-da turnirin üçüncüsünün müəyyən olunması üçün “Mazerati” və “Badrutt’s Pa¬lace Hotel” komandaları qarşılaşıblar. Bu görüşdə “Mazerati” ko¬mandası öz rəqibindən üstün olub.

Ölkəmizi təmsil edən “Land of Fire” komandası final görüşündə turnirin ən güclü komandası sayılan “St. Moritz” komandası ilə qarşılaşıb. Gərgin və kompromissiz mübarizə şə¬raitində keçən qarşılaşma rəqibin qələbəsi ilə ye¬kunlaşıb. Beləliklə, təmsilçimiz turnirin ikincisi olub.

Final görüşündən sonra qaliblərin mükafatlandırılması mərasimi baş tutub. Eyni zamanda turnirin ən yaxşı oyunçusu, ən yaxşı ko¬mandası və ən yaxşı atı nominasiyaları üzrə mükafatlar və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Beynəlxalq Polo Federasiyasının təşki¬latçılığı ilə “13-cü Polo üzrə Avropa Çempionatı” 10-20 sentyabr 2020-ci il tarixlərdə Bakı şəhərində baş tutacaqdır.

Fuad MƏDƏTOV


Bütün xəbərlər