İki seçki məntəqəsinin komissiyaları nəzarətə götürülüb – Məzahir Pənahov

68 saylı Cəlilabad kənd seçki dairəsinin 9 və 25 saylı məntəqələrinin seçki komissiyaları ilə bağlı ölçü götürüləcək.

İnterval.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

M.Pənahov bildirib ki, həmin məntəqələrin komissiyaları hər ikisi nəzarətə götürülüb: “Onlar barədə ciddi ölçü götürüləcək. Hər pozuntunun özünün adekvat cavabı olacaq. Həmin məntəqələr barədə daxil olan müraciətlər ciddi şəkildə araşdırılır”.


Bütün xəbərlər