İlahiyyat İnstitutunun rektoru vəzifəsindən azad edildi – SƏRƏNCAM

Prezident İlham Əliyev C.V.Məmmədovun Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Ceyhun Valeh oğlu Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsindən azad edilir.

C.Məmmədov fevralın 9-da Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən deputat seçilib.


Bütün xəbərlər