İndoneziyada dəhşətli zəlzələ: 600 yaralı

İndoneziyanın Sulavesi adasında 6,2 bal gücündə zəlzələ baş verib. Hadisə nəticəsində azı 26 nəfər həlak olub, təxminən 600 nəfər yaralanıb.

Zəlzələnin episentri Macene şəhərindən altı kilometr şimal-şərqdə, 10 kilometr dərinlikdə yerləşib.

Azı 60 binaya zərər dəyib, yerli xəstəxana binası uçub.

İndoneziya meteoroloqları sunami təhlükəsi barədə xəbərdarlıq ediblər.

Sosial şəbəkələrdə zəlzələnin nəticələri barədə kadrlar paylaşılır.


Bütün xəbərlər