İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib
![](https://interval.az/wp-content/uploads/2021/12/ilham_aliyev_2020_51-4-800x475.jpg)
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.
Qanuna əsasən, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alınır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279-cu maddəsində aşağıdakı dəyişikliklər edilsin:
– 279.0.1-ci maddədən “, qaza və enerjiyə qənaət sistemlərində” sözləri çıxarılsın.
– 279.0.2 – 279.0.4-cü maddələr aşağıdakı redaksiyada verilsin:
“279.0.2. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş enerji auditinin aparılması ilə bağlı tələblərin pozulmasına;
279.0.3. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq enerji idarəçisinin (menecerinin) təyin edilməməsinə;
279.0.4. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq enerji effektivliyi potensialının qiymətləndirilməsinin nəticələri nəzərə alınmaqla, enerji istehsalçıları üçün müəyyən edilmiş enerji resurslarından səmərəli istifadəyə dair öhdəliklərin yerinə yetirilməməsinə;”
Zamiq Yunisov
Interval.Az
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Bütün xəbərlər
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)