“İran Qarabağda yenidənqurma işlərində iştirak etməyə hazırdır”


“İran Azərbaycanda daimi sərgi təşkil etmək niyyətindədir”.
Tehran bürosunun məlumatına görə, bunu İran–Azərbaycan Müştərək Ticarət Palatasının sədri Hüseyn Pirmüəzzin deyib.
O bildirib ki, bu barədə Azərbaycan tərəfinə təkliflər verilib.
- Pirmüəzzinin sözlərinə görə, İran Qarabağda yenidənqurma işlərində iştirak etməyə hazırdır.
Palata sədri vurğulayıb ki, ötən il Azərbaycan və İran arasında ticarət əlaqələrinin həcmi 20 faiz artıb.
O qeyd edib ki, iki ölkə arasında gömrük məsələsində mövcud problemlər həll edilib və bu, iki ölkə arasında ticarət əlaqələrinə müsbət təsir göstərib.
- Pirmüəzzin onu da qeyd edib ki, Azərbaycan və İran arasında güzəştli tariflər haqqında razılıqlar əldə olunub və müzakirələr davam etdirilir: “Bu sahəyə tətbiq olunacaq məhsulların siyahısı hazırlanmalıdır”.

“İran Qarabağda yenidənqurma işlərində iştirak etməyə hazırdır” üçün şərhlər bağlıdır
Bütün xəbərlər
