İrandan Azərbaycana narkotik gətirən qadın tutuldu – FOTO

Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Interval.Az xəbər verir ki, mart ayının 4-də saat 04:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində ölkə ərazisinə narkotik vasitə­lərin qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhd göstərən 2 nəfər saxlanılıb.

Onların Bakı şəhər sakinləri 1992-ci il təvəllüdlü Bədəlov Nur Məhərrəm oğlu və 1990-cı il təvəllüdlü Hüseynova Gülnar Maqsud qızı olmaları müəyyən­ləşdirilmiş, əllərindəki bağlamalara baxış zamanı içərisində təxmini çəkisi 15 kiloqram 985 qram narkotik vasitəyə (860 qram “tiryək”, 15 kq 10 qram “marixuana”, 60 qram “heroin”, 55 qram metamfetamin və 1650 ədəd “preqabalin” həbi) bənzər maddələraşkar olunaraq götürülmüşdür.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Interval.Az

Məqaləyə dair fotomateriallar:

 


Bütün xəbərlər