İsmayıl Vəliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib – SƏRƏNCAM

Prezident İlham Əliyev İsmayıl Məhərrəm oğlu Vəliyevi Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

İnterval.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

İsmayıl Məhərrəm oğlu Vəliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”.


Bütün xəbərlər