İsrafil Qurbanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi – SƏRƏNCAM


Prezident İlham Əliyev İ.M.Qurbanovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
İnterval.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə İsrafil Mirzəhməd oğlu Qurbanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

Bütün xəbərlər
