İtaliyada bütün oyunlar təxirə salına bilər – Koronavirusa görə

Futbol üzrə İtaliya A Seriyasında növbəti – 26-cı turun oyunları təxirə salına bilər.

İnterval.Az sport24.az-a istinadən xəbər verir ki, buna səbəb ölkədə koronavirusun yayılmasıdı.

Yerli mətbuata danışan İtaliyanın baş naziri Cüzeppe Konte, koronavirus səbəbindən növbəti turun oyunlarının təxirə salına biləcəyini bildirib:

“Düşünmürəm ki, bir həftəyə koronavirusun yayılmasını ləngidə biləcəyik və təxirə salınan oyunları keçirəcəyik. Vəziyyəti daim izləyirik, son durumu qiymətləndirəcəyik. Növbəti turun oyunlarının təxirə salınmasını nəzərdən keçirəcəyik”.

A Seriyasının 25-ci turunun “Atalanta” – “Sassuolo”, “Torino” – “Parma”, “Verona” – “Kalyari” və “İnter” – “Sampdoriya” matçları koronavirus təhlükəsi səbəbiylə təxirə salınıb.


Bütün xəbərlər