İtaliyada itkin düşmüş azərbaycanlı tələbə tapıldı
![](https://interval.az/wp-content/uploads/2020/01/820415-800x475.jpg)
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
İtaliyanın Turin şəhərində təhsil alan və itkin düşmüş hesab edilən azərbaycanlı tələbə tapılıb.
İnterval.Az xəbər verir ki, bu barədə oxu.az-a Bakı şəhər Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.
Xatırladaq ki, yanvarın 16-da Əliguşad Xıdırov adlı vətəndaş polisə müraciət edərək bildirib ki, o, İtaliyada yaşayan və təhsil alan 1996-cı il təvəllüdlü oğlu Cavidlə 10 yanvardan sonra telefon əlaqəsi qura bilmir.
Yanvarın 23-də C.Xıdırov ailəsi ilə telefon əlaqəsi yaradaraq yaxın zamanlarda evində olacağını söyləyib.
Faktla əlaqədar araşdırılma aparılır.
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
İtaliyada itkin düşmüş azərbaycanlı tələbə tapıldı üçün şərhlər bağlıdır
Bütün xəbərlər
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)