IV qrupda 500 və 600 bal toplayan abituriyentlərin sayı azalıb

“Bu il üçün IV qrup üzrə plan yerlərinin sayı 4 100 yer təşkil edir”.

“Interval.az” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, keçən il bu rəqəm 3 710 olub: “Yəni bu il üçün 390 yer artım olub ki, bu da 10.5% təşkil edir. Bununla da keçən illə müqayisədə müsabiqə vəziyyəti aşağı düşə bilər. Bu qrup üzrə 1 022 nəfər 500-550 bal nəticə göstərib və onların da hamısı qəbul ola bilərlər”.

M.Abbaszadə bildirib ki, 560 baldan yuxarı nəticə göstərənlərin dövlət sifarişli yerlərə qəbul olma şansları yüksəkdir: “Keçən il 600-dən çox bal toplayanların sayı 378 idisə, bu il 356 nəfər belə nəticə əldə edib. 500-dən yuxarı bal toplayanların sayı keçən il 1 082 idisə, bu 1 022 olub”.


Bütün xəbərlər