Karantin olsa da, Bakıda yenə tıxac var – FOTO

Son günlər xüsusi karantin rejimi ərəfəsində Bakı yollarında ciddi tıxaclar yaranır.

Karantin rejiminin mayın 4-ü tarixinədək uzadılmasına baxmayaraq, paytaxt yollarında xeyli sayda avtomobilə rast gəlinir. Dövlət Yol Polisinin postlarda apardığı yoxlamalar da sıxlıq və tıxacın yaranmasına səbəb olur.

Belə ki, icazəsi olmayan sürücülərin, eyni zamanda SMS göndərmədən evdən çıxan sərnişinlərin yoxlanma prosesi əlavə vaxt alır.

Qeyd edək ki, aprelin 1-indən bu günə qədər respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 35156 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

İnterval.Az qafqazinfo-ya istinadən Bakı yollarındakı vəziyyəti əks etdirən görüntüləri təqdim edir:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Bütün xəbərlər