Kids model Sirac Quluzadə “BONA” Mükafatına layiq görüldü – FOTO

Son zamanlar medianın gündəmindən düşməyən “Miss and Mister kids” yarışmasının qalibi kids model Sirac Quluzadə ötən gün növbəti mükafata layiq görülüb.

İnterval.Az “Yeni Gündəm”ə istinadən xəbər verir ki, “A Media Group”un təşkil etdiyi mükafatlandırma gecəsində Sirac Quluzadə “İlin Çalışqan modeli” adına layiq görülüb.

Paytaxtın elit otellərinin birində baş tutan gecədə bir çox məşhur simalar da iştirak edib.

Model Sirac Quluzadə çıxışında qeyd etdi ki, səhnələrə layiq bir model ola bilmək üçün daim öz üzərində çalışıb, özünü inkişaf etdirəcək:

““A Media Group”un rəhbərliyinə, təşkilatçılarına və belə əlamətdar bir gündə bizi tək qoymayan bütün dostlara, həmkarlara təşəkkürümü bildirirəm. Bu, hələ başlanğıcdı. Qarşıda bizi daha böyük hədəflər və onlara çatmaq üçün məşəqqətli bir yol gözləyir. Hər zaman öz üzərimdə çalışıb sizlərin sevgisinə və səhnələrə layiq olmağa çalışacam. Bir daha göstərilən diqqətə görə hər birinizə təşəkkürlər.”


Bütün xəbərlər