Koronavirusdan qorunmaq üçün sabun ilə qatıq yedi, zəhərləndi – FOTO

Türkiyədə qəribə olay yaşanıb.

İnterval.Az Milli.Az-a istinadən xəbər verir ki, Türkiyənin Yozgart vilayətində yaşayan 43 yaşlı Mehmet E. adlı şəxs koronavirusdan qorunacağını düşünərək qatıqla ərəb sabunu yeyib.

15 dəqiqə sonra ürəkbulanma şikayəti ilə xəstəxanaya yatırılan kişinin mədəsi yuyulub.

“Bu virusu kim çıxardıbsa Allah bəlasını versin. Özümü virusdan necə qoruyacağımı düşünəndə ağlıma ərəb sabunu gəldi. Düşündüm ki, ərəb sabunu içimi təmizləyər, qatıq isə immunitetimi gücləndirər. Qatığın içinə ərəb sabunu qatıb, yedim”, – deyə Mehmet E. açıqlamasında söyləyib.

Məlumat üçün bildirək ki, dekabr ayında Çinin Vuhan əyalətindən bütün dünyaya yayılan koronavirusa bu günədək dünya üzrə 134804 insan yoluxub.

Ən son statistikaya görə xəstəlikdən 4984 nəfər ölüb, 70394 nəfər sağalıb. Ən çox ölüm halları Çin, Cənubi Koreya, İtaliya və İranda baş verir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu pandemiya elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Bütün xəbərlər