Kreml bu il Qələbə Paradının keçiriləcəyini açıqlayıb

Bu il Qələbə Paradı birmənalı şəkildə baş tutacaq.

 “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat katibi Dmirti Peskov bildirib.

Onun sözlərinə görə, lakin hələlik Qələbə Paradının vaxtı sual altındadır.

“Hətta 2020-ci ildə parad keçirilib. Parad keçiriləcək, buna şübhə yoxdur”, – deyə D. Peskov vurğulayıb.

Qeyd edək ki, ötən il epidemioloji vəziyyətə görə Moskvada hər il 9 mayda keçirilən Qələbə Paradı 24 iyun tarixində baş tutub.


Bütün xəbərlər