Lavrov Ceyhun Bayramova zəng etdi

Interval.Az-ın məlumatına görə,   Yanvarın 31-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefonla danışıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər Laçın yolundakı vəziyyəti müzakirə ediblər.

Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalar əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının bütün treklər üzrə ritmik işin bərpasının vacibliyi vurğulanıb.

Bu kontekstdə Rusiya tərəfi Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlikləri arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların növbəti raundunu təşkil etməyə hazır olduğunu deyib.

Zamiq Yunisov

Interval.Az


Bütün xəbərlər