Londonda onlarla reys ləğv edilib

Bazar günü dumanlı və qarlı hava London aeroportlarının işində, İngiltərənin avtomobil və dəmir yollarında hərəkətə təsir edib.

Interval.Az  xəbər verir ki, bazar günü Londonun üç aeroportunda onlarca aviareys təxirə salınıb. “Heathrow” aeroportunda 50-dək reys təxirə salınıb. Həmçinin “Gatwick” (təqribən 30 reys təxirə salınıb) və “Stansted” aeroportları fəaliyyətini müvəqqəti dayandırıb. Londonun cənubunda yerləşən “Gatwick” aeroportuna pis hava şəraiti ilə əlaqədar yaranan gecikmələr səbəbindən qatarla getmək çətin olub.

Kral Avtomobil Klubunun məlumatına görə, havanın yaxşı olduğu günlərlə müqayisədə yolda yardım çağırışları 65 faizədək artıb.

Zamiq Yunisov 

Interval.Az


Bütün xəbərlər