Lüks Avtomobil Markası Jaguar üçün yeni loqo

  İnterval.Az  Viphd.Az-a istinadən bildirir ki,   100 illik marka tarixi olan Britaniyanın lüks avtomobil markası Jaguar loqosunu dəyişmək üçün radikal qərar verdiyini açıqlayıb.

Tarixində yeni səhifə açan markanın istehsal etdiyi iri sedan avtomobillərinə dövlət başçıları, baş nazirlər və iş dünyası tərəfindən rəsmi avtomobil kimi üstünlük verilir. Yeni loqo ilə başlayan dövrdə Jaguar daha gənc seqmentə müraciət etməyi hədəfləyir. Loqosundan “Jaguar” sözünü çıxaran marka, avtomobillərinin üzərində adının yazılmasına qərar verdi. Mayami İncəsənət Həftəsində nümayiş etdiriləcək Jaguar-ın prototip modelinin əvvəlki bütün Jaguarlardan daha “rəngli” olduğu deyilir.

Brendin rəngarəng tanıtım filmində “Canlı yaşa”, “Qalıbı sındır”, “Adini sil” və “Heç bir şeyi təqlid etmə” ifadələri ilə dəyişiklik və çevrilmə vurğulanıb.

Ayan Yunisova

İnterval.Az 


Bütün xəbərlər