Məzahir Pənahov: “Vəzifəli şəxslər, o cümlədən bələdiyyə üzvləri namizəd üçün imzatoplamada iştirak edə bilməz”

Deputatlığa namizədlər imzatoplama zamanı diqqətli olmalı və imzaları qanunvericiliyin tələbinə uyğun toplamalıdırlar.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, vəzifəli şəxslər, o cümlədən bələdiyyə üzvləri namizəd üçün imzatoplamada iştirak edə bilməz: “Bu cür məsələlərdə namizədlər diqqətli olmalıdır. Biz çalışırıq ki, məsələləri namizədin xeyrinə həll edək, lakin bu cür məsələlər olduğu halda biz namizədə kömək edə bilmirik”.


Bütün xəbərlər