Məzunumuzdan fədakar addım.
![](https://interval.az/wp-content/uploads/2022/12/277366570_2145665485583561_7133629438673634971_n-845x475.jpg)
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
İnterval.Az bildirir ki, İdrak liseyinin məzunu Nazim Həsənov Bakı Dövlət Universitetinin hüquq fakültəsinin 1-ci kurs tələbəsidir. O, 610 balla ali məktəbə qəbul olmuş, 1-ci kursun 1-ci semestrinin bütün imtahanlarından yüksək nəticə toplayaraq əlaçı olmuşdur.
Liseyimizin fəxri olan Nazim Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkmişlərə yardım fonduna Ziraat Bankının Bakı ofisi vasitəsilə ilk təqaüdünün 1-ci ayının tam-175 manat məbləğini köçürüb.
Bu, Azərbaycan gənclərinin insanlığa, Türkiyəyə sevgisinin bariz nümunəsidir.
Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi üzərində qurulan Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyəsinə çatıb.
Əminliklə deyə bilərik ki, Azərbaycan-Türkiyə birliyi və qardaşlığı Nazimin timsalında olan gələcək nəsillər tərəfindən davam etdirilir və etdiriləcək.
Zamiq Yunisov
İnterval.Az
Məqaləyə dair fotomateriallar:
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Məzunumuzdan fədakar addım. üçün şərhlər bağlıdır
Bütün xəbərlər
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)