Mahir Emreli vurduğu qollara görə tanınmış futbolçuları geridə qoydu – FOTO

2021-ci ildə ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) tərtib etdiyi cədvəldə 56 bombardirin adı yer alıb.

Azərbaycan millisinin futbolçusu Mahir Emreli də siyahıda yer alıb. O bu il “Qarabağ” və “Leqiya”da 23 qola imza atıb. Mahir həm Azərbaycan, həm də Polşa çempionatlarında 13, kuboklarda 4, avrokuboklarda 6 dəfə fərqlənib.

24 yaşlı hücumçu cədvəldə 42-48-ci pillələri bölüşür. Millimizin üzvü İsveçrə millisinin üzvü Haris Seferoviç (“Benfika”, Portuqaliya) ilə eyni sayda qol vurub. Mahir Emreli 22 qol vurmuş Fransa millisinin hücumçusu Antuan Qrizmann (“Atletiko”, İspaniya), Çiro İmmobile (“Latsio”, İtaliya) və portuqaliyalı Andre Silva (“Ayntraxt”, “Leypsiq”, Almaniya) kimi tanınmış hücumçuları qabaqlayıb.

Siyahıya isə 50 qola imza atan Robert Levandovski başçılıq edir. “Bayern”in polşalı hücumçusunu Erlinq Holan (41) və Lionel Messi (37) izləyir. Kriştianu Ronaldu həm sabiq klubu “Yuventus”da, həm də cari komandası “Mançester Yunayted”də vurduğu qollara görə 5-cidir. O bu il 34 qol vura bilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Bütün xəbərlər